Həftəsonu keçiriləcək İtaliyada keçiriləcək Formula 1 Qran-prisində güclü qasırğa gözlənilir. Sport24.az xəbər verir ki, həftəboyunca davam edəcək leysan yağışlara görə komandalara çərşənbə gününə qədər trekə çıxmağa qadağa qoyulub.

İmola avtodromundakı bütün personal evakuasiya edilib. Bu müddət ərzində daşqın təhlükəsi də gözlənilir.

Artıq İtaliyaya gələn “Alpin” komandası İmolada məskunlaşdığı oteli tərk edib. Hətta adı çəkilməyən digər komandaların da İmoladan uzaqlaşdığı bildirilir.