Formula 1 üzrə mövsümün ikinci yarışı olan Səudiyyə Ərəbistanı Qran-prisi start götürüb Sport24.az xəbər verir ki. Ciddə şəhərində keçirilən təsnifat mərhələsində növbəti dəfə “Red Bull” pilotu uğur qazanıb.

Amma bu dəfə hazırkı çempion Maks Ferstappen yox, onun komanda yoldaşı Serxio Peres poulu ələ keçirib. Maks ikinci seqmentdə mühərrikində problemlər yaşadığına görə mübarizəni dayandırıb. O, final mərhələsinə 15-ci yerdən başlayacaq. “Ferrari” pilotu Şarl Lekler 2-ci yerə çıxsa da, cərimələndiyinə görə 12-ci sıraya yuvarlanıb.. Onun komanda yoldaşı Karlos Sayns isə 4-cü ən yaxşı nəticəni göstərib.

“Aston Martin”də çıxış edən 2 qat dünya çempionu Fernando Alonso mübarizəyə 2-cü sıradan qoşulacaq. “Mersedes” pilotlarına gəlincə, Corc Rassell 3-cü, yeddiqat dünya çempionu Lüis Hemilton 7-ci sırada qərarlaşıb. Elə “Maklaren” pilotları da ümidləri doğrultmayıb. Oskar Piastri yarşı 8-cu, Lando Norris isə 19-cu sırada tamamlayıb.