2009-cu ildə Formula 1 üzrə dünya çempionu olan Censon Batton Azərbaycan Qran-prisinin qalibi olan “Red Bull” pilotu Serxio Peresin çıxışından heyrətlənib. Sport24.az xəbər verir ki, britaniyalı sabiq yarış iştirakçısı meksikalının bu il çempionluq uğrunda mübarizə aparacağını proqnozlaşdırıb: “Peres sadəcə, məni heyrətləndirdi. O, Azərbaycanda çox yaxşı mübarizə apardı. Bu, onun özünəinam hissini daha da artıracaq. Hələ onun mövsüm boyunca Maks Ferstappen kimi rəqabətədavamlı olduğunu görməmişik. İndiyə qədər Peresdə sabitlik çatışmayıb. Amma o eyni uğuru Mayamidə də təkrarlasa, çempionluq uğrunda mübarizəyə qoşulacaq. Bu, rəqabət planında bizim idmana lazımdı. Onsuz da “Red Bull” digər komandaları qabaqlayır, heç olmasa iki pilotu çempionluq uğrunda yarışsın”.