Formula 1 üzrə Azərbaycan Qran-prisinin sprint mərhələsi də geridə qalıb. Sport24.az xəbər verir ki, sprintin təsnifatında “Ferrari” pilotu Şarl Lekler yarışa ilk sıradan başlamaq hüququ əldə etsə də, həlledici mərhələdə üstünüyünü qoruya bilməyib.
Mübarizənin gedişində monte karlolu pilot liderliyi “Red Bull” pilotu Serxio Peresə təhvil verib. 2021-ci ildə Azərbaycan Qran-prisində qalib gələn gələn meksikalı pilot Bakıda keçirilən ilk sprint yarışında da tarixə düşə bilib. Lekler mübarizəni ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen 3-cü sırada başa vurub. Yeri gəlmişkən, Bakıdakı trekin çətin olduğunu nəzərə alan pilotlar yarış boyunca risk etməyə ehtiyac duymayıb. Ona görə də 17 dövrə boyunca yalnız “Alfa Tauri”nin yaponiyalı üzvü Yuki Tsunoda qəzaya uğrayıb.