Formula 1 üzrə Azərbaycan Qran-prisində xoşagəlməz hadisə yaşanıb. Sport24.az xəbər verir ki, "Alpin”in üzvü Esteban Okon son dövrədə pit-stopa daxil olub təkərini dəyişmək istəyərkən, qarşısına fotoqraflar çıxıb.
Nəticədə fransalı pilot çətinliklə onları vurmaqdan özünü saxlaya bilib. Həmin anda isə fotoqraflar həmin əraziyə toplaşaraq yarışın qalibi olacaq Serxio Peresi qarşılamaq üçün toplaşıb.
Məsələ ilə əlaqədar stüardlar araşdırmalara başlayıb. Onlar zonaya görə məsuliyyət daşıyan FİA nümayəndələrini söhbətləşməyə dəvət edib.