''Red Bull'' bir-birinin ardınca önəmli işçilərini əldən verməkdə davam edir. Sport24.az xəbər verir ki, gələn ilin yanvarından etibarən ''Red Bull''un baş mühəndisi Rob Marşall artıq ''Maklaren''də işləməyə başlayacaq.
Məhşur britaniyalı mütəxəssis ''Maklaren''in yeni texniki direktoru olacaq. 55 yaşlı Marşall ''Formula-1''də böyük nüfuza malikdi və ən güclü mühəndislərdən biri sayılır. Məhz onun ideyaları sayəsində ''Reno'' 2005-06, ''Red Bull'' isə 2010-13-cü, eləcə də son illərdə ağalıq edib. Bu arada deyilənə görə bu anlaşmaya başqa bir maraqlı maddə də daxil edilib. Belə ki, ''Maklaren'' 2026-dan etibarən ''Red Bull''un motorundan istifadə etməyə başlayacaq. ''Red Bull'' özü isə artıq ''Ford''la anlaşma əldə edib.
ABŞ şirkəti ''Red Bull''un texniki tərəfdaşı olacaq və ən əsası avstriyalıları motorlarla təmin edəcək. ''Red Bull''un başqanı Kristian Horner belə bir anlaşmanın olduğunu təkzib edib. Amma o bildirib ki, ''Formula-1''in iki komandası motora görə həqiqətən də onlara müraciət edib.