7 qat dünya çempionu, "Mercedes"in pilotu Lyuis Hemilton prodüseri olacağı Formula 1 haqda yeni filmin istehsalındakı rolundan danışıb. Sport24.az xəbər verir ki, Lüis hazırda “iki yerə bölünə” bilmədiyini bildirib: "Əlbəttə, çəkiliş çərçivəsində paddokda ("Formula 1" komandalarının qaraj bokslarının üzərində pit-leyndə yerləşən otaq kompleksi) görülən işlərin bütün detallarını bilmirəm. İndi başqa məsələlər ilə daha çox məşğulam. Filmin ssenarisi ilə hər şeyin qaydasında olduğuna əmin olmaq lazımdır. Hazırda ssenarinin variantlarını oxumağa daha çox vaxtım gedir. Həmçinin, aktyor heyətimizin yaxşı olacağına inanmaq istəyərdim. Amma bu, daha çox Cozef Kosinskinin (amerikalı kinorejissor) vəzifəsidir. O, "Formula-1" aləminə iz buraxacağımızı təmin etməlidir.