Son iki mövsümdə Formula 1 üzrə dünya çempionatında Mühəndislər Kubokunun qalibi olan “Red Bull” bu il də dominantlığını davam etdirir. Sport24.az xəbər verir ki, komandanın rəhbəri Kristian Horner onların liderliyinin digər komandalar tərəfindən paxıllıqla qarşılandığını normal hal kimi qəbul edir: “Bəli, mən də belə düşünürəm ki, avtomobil şirkətləri qazlı su şirkətinin çempionatdakı dominantlığınaı həzm edə bilmir. Bəli, hansısa şirkət qazlı su istehsalında “Red Bull”u geridə qoysa, biz də əsəbləşərik... Amma sübut etməyi bacardıq ki, doğru yoldasınızsa, istənilən işin öhdəsindən gəlmək olar. Əsas doğru insanları ətrafınıza cəm etməkdi. Şassini hazırlayanda fikirləşdik ki, niyə də mühərrik hazırlamayaq?!”.