"Ferrari” pilotu Şarl Lekler komandanın uğursuz çıxışına baxmayaraq, ruhdan düşmür. Sport24.az xəbər verir ki  monte karlolu pilot çempionluğu başqa komandada yox, məhz skuderiyalıların heyətində qeyd etmək istəyir.

Mətbuata açıqlama verən Şarl hələ uzun illər “Ferrari”də qalacağına işarə edib: “Bəli, özümü çempion kimi təsəvvür edirəmsə, qırmıızı boliddən eyni rəngdə kombinzonda çıxacağımı gözləyirəm. Hamı bunu dilinə gətirə bilmir, amma məncə, istənilən Formula 1 pilotu “Ferrari”də çıxış etmək istəyir. Ona görə də bu komandanın bir parçası olmağımla fəxr edirəm. Bəziləri iddia edir ki, çempion olmaq üçün öncə “Red Bull”a keçməli, sonra “Ferrari”də çıxış etməli idim. Amma belə düşünmürəm. Çünki bu komandanın uğur qazanacağına yüz faiz inanıram. Ancaq o da var ki, bu qarşılıqlı olmalıdı. Komanda da mənə inanmalıdı".