Formula 1-də mübarizə aparan “Ferrari” pilotu Şarl Lekler 7 qat dünya çempionu Lüis Hemltonla birgə musiqi yaradıcılığı ilə məşğul olmaq istəyir. Sport24.az xəbər verir ki, mətbuata açıqlama verən monte-karlolu pilot öz bəstələdiyi mahnılarından birini brtitaniyalıya təqdim etməyə hazır olduğunu söyləyib: “Bu, əla olardı. Çünki Lüis yaxşı mahnı oxuyur. Doğrudu, onun hansı janra daha çox üstünlük verdiyini deyə bilmərəm. Depressiyadan oxumaq istəyirsə, ona uyğun mahnı bəstələyə bilərəm. Mahnılarım onsuz da şən deyil. Niyə də duetimiz alınmasın?! Kənardan bunu izləmək çox maraqlı olardı”.
Xatırladaq ki, bir müddət əvvəl fortopianoda “AUS23 (1:1)” nəğməsini ifa edən Leklerin treki “Sportfy” və digər platformalara yerləşdirilib.