Formula 1 üzrə sabiq dünya çempionu Censon Batton Lüis Hemiltonun “Mersedes”lə müqaviləni yeniləyəcəyini söyləyib. Sport24.az xəbər verir ki  britaniyalı keçmiş pilot 7 qat dünya çempionu olan həmyerlisinin bundan başqa yolu olmadığını söyləyib: “Hemilton “Mersedes”ə çox bağlı adamdır. Amma onu da qəbul edək ki, Lüsin ondan başqa yolu da yoxdur. Hamı bunu bilməlidir ki, “Red Bull”a yol bağlıdır. Onun “Ferrari”yə keçəcəyni də düşünmürəm. “Aston Martin”ə gəlincə, Alonso ilə Strollun hələ bir müddət orada qalacağı daha realdır. Proseslər onun “Mersedes”lə müqaviləni yeniləyəcəyini göstərir. Hemilton buranı öz ailəsi adlandırır”.

Xatırladaq ki, 2013-cü ildən “Mersedes”də çıxış edən Lüis 7 çempionluqdan 6-nı bu komandada qazanıb.