Formula-1'-nin yeddiqat qalibi, ''Mersedes'' pilotu Lyuis Hemilton son dönəmlərdə sözün əsil mənasında hegemonluq edən Maks Ferstappen haqda danışıb. Sport24.az xəbər verir ki, ''Red Bull''un niderlandlı pilotu bu mövsüm ardıcıl 3-cü çempionluğuna doğru gedir.

Hemilton Ferstappenin çempionluq sayında ona çata biləcəyini istisna etməyib: ''Onun karyerasının böyük hissəsi hələ irəlidədi. Hər halda, rekordlar qırılmaq üçün mövcuddu. Ferstappenin həm də komandası əladı. Onun gördüyü işə hörmətlə yanaşmamaq mümkün deyil. Hələ ki, karyerasının bu ana olan hissəsi sadəcə inanılmaz alınıb. Təbii ki, onun çempionluq sayında məni üstələyə biləcəyini istisna etmirəm. Amma bolidimizi gücləndirmək yönündə tədbirlər görürük. Ferstappenə mane olmaq üçün əlimizdən gələni edəcəyik''