Uzun illərdi ''Ferrari''nin test-pilotu və səfiri vəzifəsini daşıyan Mark Jene Lyuis Hemiltonun ''Mersedes''dən ayrılaraq onların sıralarına qoşula biləcəyi ilə bağlı yayılan şaiyələrə münasibət bildirib. Sport24.az xəbər verir ki, onun yeddiqat dünya çempionunun onlara uyğun gəlmədiyini düşünməsi maraqlı məqamdı: ''Təbii ki, pilot seçiminə görə mən cavabdehlik daşımıram. Bu, səlahiyyətim deyil. Amma mənə elə gəlir ki, Hemilton ''Ferrari''nin fəlsəfəsinə uyğun gəlmir. Hər halda söhbət uzun illərdi tanıdığım ''Ferrari''dən gedir. Fikrimcə, Hemilton karyerasını elə ''Mersedes''də başa vuracaq''.

Qeyd edək ki, Hemiltonun ''Mersedes''lə müqaviləsinin müddəti bu mövsümün sonuna qədər nəzərdə tutulub. ''Mersedes''in sahibi Toto Volf və Hemilton özü dəfələrlə yeni anlaşma əldə olunacağına şübhə etmədiklərini vurğulayıblar. Bu mövsümün 7 qran-prisindən sonra Hemilton 69 xalla 4-cü pillədə qərarlaşıb.