Formula 2 üzrə Azərbaycan Qran-prisinə yekun vurulub. Sport24.az xəbər verir ki, bazar günü təsnifat mərhələsində, şənbə günü sprint mübarizəsində qalib gələn “Prema Racing” komandasının pilotu Oliver Birman həlledici yarışda da rəqiblərinə heç bir şans verməyib.
Britaniyalı pilotu 29 dövrə boyunca, arada liderliyini “Hitech”in üzvü İsak Hacara təhvil versə də, bir müddət sonra yenidən önə çıxıb. “Rodin Carlin” komandasından Entso Fittipaldi yarışı ikinci sırada başa vurub. “Art Grand Prix” komandasının üzvü Teo Purşer isə finiş xəttini 3-cü sırada keçib. Yarışı yalnız “PHM Racing” komandasının üzvü Bred Benavides sona qədər tamamlaya bilməyib.