“Formula-1”in Azərbaycan qran prisində "Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkardonun ötmə əməliyyatı 2017-ci ilin ən yaxşısı hesab edilib.

Sport24.az xəbər verir ki, Rikkardo Bakıda yolun qısa hissəsində birdən-birə üç rəqibini - Lens Stroll, Niko Hülkenberq və Felipe Massanı ötməyi bacarıb və sonda yarışın qalibi olub.