Bu mövsüm Formula 1 üzrə dünya çempionatında 87 xalla liderlyini davam etdirən Maks Ferstappen hələ də tam olaraq ideal trassda yarış keçirmədiklərini düşünür. Sport24.az xəbər verir ki, “Red Bull” pilotu sürətli bolidlərinin potensialını qarşıdakı Qran-prilərdə nümayiş etdirəcəklərinə əmindir: “Bu mövsüm əsasən “stop-start”a bənzyən trasslarda mübarizə aparmışıq. Belə treklərdə sürətli döngələr və düz uzun yollar yoxdur. Fikrmicə, bunlar əsl yarış trassı deyil. Mən bu treklərdə özümü rahat hiss edə bilmirəm. Mövsüm uzundur və bizi bir-birindən fərqli müxtəlif trasslar gözləyir. Ən sürətli maşın bizdədir. Nəyə qadir olduğumuzu yaxşı bilirik”.

Bu açıqlama ilə Maks Ferstappen Bakıdakı trekin də “bostanına daş atıb”. Ümumiyyətlə, Maks Azərbaycanda olduğu müddətdə bizə xoş gələn heç bir açıqlama ilə yadda qalmayıb. Bakıya gələndən gedənə qədər niderlandlı pilot ancaq deyinməklə məşğul old.