Azərbaycan Qran-prisinin sprint yarışında 3-cü pilləni tutan son iki mövsümün dünya çempionu Maks Ferstappen növbəti dəfə mövcud formatı tənqid edib. Sport24.az xəbər verir ki, "Red Bull”un niderlandlı pilotu sprintin keçirilmə qaydasının mənasız olduğunu söyləyib: “Sadəcə, bunu ləğv edin, getsin. Məncə, əvvəlki formata qayıtmaq lazımdı  Bizə elə etməliyik ki, hər komanda qələbə uğrunda mübarizə apara bilsin. Bizə süni şou lazım deyil. Bu gün sıralama çox mənasız alındı. Bir təsnifat mərhələsi istəyirəm. Məsələn, dünənki sıralama turu çox yaxşı alındı. Amma bu gün bunu yenə də təkrarladıq. Daha bir təsnifat nəyə lazımdı. Bu, əsl yarış deyil. Bunu mərc oyunlarına bənzədirəm. Las-Veqasdakı kazinoda daha uğurlu nəticə ilə yadda qalaram. Yarışı sevirəm, sprintdə edilənlər isə böyük şoudu. Bu, bilirsiniz, nəyə bənzəyir, sanki futbol oyununda bir komanda 3:0 hesabıyla öndədir, deyirsiniz ki, gəlin, bu 3 qolu ləğv edib, yenidən 0:0-dan başlayaq. Bu, lazımsız işdir!”.