'Formula-1-də son iki ilin çempionu Maks Ferstappen son açıqlaması ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, ''Red Bull''un niderlandlı ulduz pilotunun sözlərindən belə qənaətə gəlmək olar ki, onun artıq yarışmaq üçün heç bir motivasiyası qalmayıb: ''Artıq heç nəyə görə narahatlıq keçirmirəm. ''Formula-1''ə təzə gəldiyim dönəmdə mənə özümü göstərmək üçün lazımi maşının verilməyəcəyindən narahat idim. Xoşbəxtlikdən mənə gözəl maşın düşdü. Lap bundan sonra işlər pis getsə, nə dəyişəcək? Mənim üçün artıq bunun önəmi olmayacaq. Çünki ''Formula-1''də istədiyim hər şeyə nail olmuşam. Ardıcıl 2 çempionluq qazanmışam. Artıq heç bir yeni hədəfim qalmayıb''.