Formula 1-də inamla şəxsi birinciliyə başçılıq edən ''Red Bull'' pilotu Maks Ferstappen İspaniyanın Barselona şəhərində keçirilən təsnifat mərhələsində yenə əla çıxış edərək polu elə keçirdi. Sport24.az xəbər verir ki, bu gün baş tutacaq əsas yarışda yenə aşkar favorit sayılan niderlandlı bu günkü təsnifatdan sonra bunları dedi: ''Bu həftə maşınımız çox yaxşı durumdadı. Hava şərtləri üzündən təsnifat mərhələsi çətin başladı. Amma trass qurumağa başlayan kimi bolid ''uçdu''. Xüsusilə də 3-cü seqmentdə. Ümumiyyətlə Barselonada yarışmaqdan xoşum gəlir. Həm trass yaxşıdı, həm də fanatlar. Barselona Qran-prisin ilə bağlı bir çox gözəl xatirələrim var. Ümid edirəm ki, sabah onlara biri də əlavə olunacaq''.