Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən “Ferrari”nin uğursuzluğuna görə həm də təzyiq altında qalması səbəb kimi kimi göstərilir. Sport24.az xəbər verir ki, komandanın əsas pilotu Şarl Lekler bununla razılaşmır: “Ferrari” uzunmüddətli perspektivə baxmalıdı. Frederik Vassyurun çox yaxşı təhlil qabiliyyəti var. O, vəziyyətdən çıxış yolu tapmağı bacaran adamdı. Təzyiqə gəlincə, bu komadada Mixael Şumaxerlə Jan Todt birgə çalışanda da eyni hal yaşanıb. Ona görə də nədənsə şikayətlənə və ya bunu bəhanə gətirə bilmərik. Bu, “Ferrari”nin özəlliklərindən biridi. Burda olan ehtiras heç bir komandada yoxdu. Emosiyaların həddi aşırsa, çətinliklərin öhdəsindən gəlmək problemə çevrilir. Amma bu, “Ferrari”di, heç nəyi dəyişə bilmərəm”.