Bu mövsüm ümidləri doğrultmayan “Ferrari”də pilotların gələcək müqavilələri ilə bağlı qeyri-müəyyənlik davam edir. Sport24.az xəbər verir ku, komandanın ispaniyalı pilotu Karlos Sayns buna görə qismən narahat olduğunu söyləyib: “Müqavilənin yenilənməsi ilə bağlı danışıqları mətbuata açıqlamaq istəmirəm. Çünki bu, həmişə gizlətdiyim məsələlərdən biridir. Amma  bundan əvvəlki müsahibələrimi xatırlayırsınızsa, həmişə demişəm ki, növbəti mövsüm harda başlayacağımı özüm üçün müəyyənləşdirməyi xoşlamışam. Çünki “Reno”da belə xoş olmayan təcrübə yaşamışam. Vacib deyil ki, mənə məhz bu mövsüm yeni müqavilə təklif etsinlər. Amma heç olmasa, gələn ilin əvvəli və ya qarşıdakı mövsümün əvvəlində fikirlərini mənə bildirsinlər”.