"Aston Martin”də çıxış edən Formula 1 üzrə 2 qat dünya çempionu Fernando Alonso “Ferrari Enzo” avtomobilini satmaq qərarına gəlib. Sport24.az xəbər ki, pilot maşınını “Monaco Car Auctions”a təqdim edib.

Qeyd edək ki, qırmızı rəngdə olan avtomobil 660 at gücünə malikdi  Sosial şəbəkədə paylaşım edən Alonso maşını alacaq şəxsin ondan narazı qalmayacağını söyləyib. Amma o, maşının qiyməti haqda heç bir məlumat verməyib.

Xatırladaq ki, 2020-ci ildə Mixael Şumaxerə məxsus “Ferrari Enzo” modeli hərraca çıxarılmışdı. Onun ilkin qiyməti 2,5 milyon dollar idi. 2017-ci ildə isə məşhur modelyer Tommi Hilfiger isə bu markanın satışından 2 milyon 695 min dollar qazanmışdı.