İki mövsüm Formula 1-də “Haas” komandasının şərəfini qoruyan, amma ümidləri doğrultmayan Mik Şumaxer hazırda “Mersedes”in ehtiyat pilotu kimi fəaliyyət göstərir. Sport24.az xəbər verir ki, “Kral avtoyarışları”na böyük ümidlərlə gələn Mixael Şumaxerin oğlunu qane edə bilməz.
24 yaşlı pilot yenidən Formula 1-də əsas pilot olmaq istəyir. Almaniya mətbuatına açıqlama verən Mik iddialı danışıb: “Əsas hədəfim yenidən Formula 1 pilotu olmaqdır. Ümumiyyətlə, karyeramı qurmaq üçün konkret planlarım olub. Hələ Formula 4-ə gələndə F1-ə gedəcək yolu özüm üçün müəyyənləşdirmişim. Bunu bacardım da, amma sonradan vəziyyət dəyişdi. Eybi yox, qoç bürcüyəm, başımı divara vurub silkələnəcəm”.