2009-cu ildə Formula 1 üzrə dünya çempionu olan Censon Batton NASCAR yarışında debüt edəcək. Sport24.az xəbər verir ki, ABŞ-ın Ostin şəhərində “Amerika” trassındakı yarış martın 26-da təşkil olunancaq.

Britaniyalı pilot “Ford”un yarış maşınında 15 nömrə ilə mübarizə aparacaq. Yeri gəlmişkən, Battonun çıxış etdiyi “Stüart Haas”ın rəhbəri Cin Haas Formula 1-də həm də “Haas” komandasına rəhbərlik edir.

Zatırladaq ki, Censon bu il həmçinin “Le Manın 24 saatı” yarışında da iştirak edəcək. Onunla eyni ekipajda 2013-cü ildə DTM yarışlarının qalibi Mayk Rokkenfeller və 7 qat NASCAR çempionu Cimmi Conson da mübarizə aparacaq.