2026-cı ildən Formula 1-də iştirak etmək istəyən daha bir komandanın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Cənub-Şərqi Asiyanı təmsil edən “LKY SUNZ” komandası artıq FİA-ya ərizə ilə müraciət edib.

Bu layihənin rəhbnəri isə WEC proqramında işləyən “SMP Racing” və “BR Engineering”in sabiq rəhbəri Benjamin Dürandır. Düran bir müddət əvvəl Formula 1 layihələrindən olan “Pantera Asia F1 Team”ın da üzvlərindən biri olmuşdu. Bi komandada Düranla bir yerdə işləmiş Pol Fleminq və Endryu Payra da qərarlaşıb. Hazırda “LKY SUNZ”un əsas hədəfi Cənub-Şərqi Asiyada yeni baza inşa etməkdir. Onlar Formula 1 bolidini isə Avropada hazırlamağı planlaşdırırlar.

Xatırladaq ki, bir müddət əvvəl “Andretti”, “Haytek” və “Formula Ekval” komandaları da 2026-cı ildən Formula 1-ə qatılmaq üçün FİA-ya müraciət etmişdi.