Formula 1 üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsinin qalibi olan Şarl Lekler hazırda yüksəlişdə olduqlarını söyləyib. Sport24.az xəbər verir ki, “Ferrari” pilotu bunun qələbə üçün yetərli olmadığnı düşünür: “Demək olar ki, Avstraliya Qran-prisindən etibarən irəliyə doğru inamlı addım atdıq. Doğrudu, yarış zamanı bunu hiss etmədim, bu haqda daha yaxşı çıxış edən Sayns danışa bilər. Əsas final mərhələsidir ki, ancaq yarış zamanı bunu görə bilərik. Hər halda, bəzi problemlərdən hələ də qurtulmamışıq. Sadəcə, onu əminliklə söyləyə bilərəm ki, doğru istiqamətdəyik. Sadəcə, hələ ki, bu, “Red Bull”u arxada qoymağımız üçün kifayət etməyəcək”.