Formula 2 üzrə Azərbaycan Qran-prisində sprint mərhələsi başa çatıb. Yarış maraqlı mübarizə şəraitində keçib. Sport24.xəbər verir ki, cümə günü sərbəst yürüşlərdə və təsnifat mərhələsində ən yaxşı nəticə ilə yadda qalan “Prema Racing” komandasını pilotu Oliver Birman bu dəfə də rəqiblərinə heç bir şans verməyib. Britaniyalı pilotun komanda yoldaşı Frederik Vesti ikinci, “Hitech” pilotu Cak Krouford 3-cü yeri tutub.

Sürət həvəskarları yarış boyunca qəzaların da şahidi olub. Xüsusən də, sona yaxın zəncirvari qəza diqqət çəkib və həmin anda 4 pilot mübarizəni dayandırıb. Ümumilikdə isə 11 yarış iştirakçısı finiş xəttini keçə bilməyib.