Son iki mövsümdə Formula 1-də Mühəndislər Kubokunun qalibi olan və hazırda da liderliyini davam etdirən “Red Bull”un uğurunun əsas memarı Maks Ferstappendirsə, digəri müəyyən vaxtlarda Qran-prilərin qalibi olan Serxio Perersdir. Sport24.az xəbğr verir ki, meksikalı pilot şəhər trasslarında ön plana çıxır.

O, ötən ayın sonu Bakıda keçirilən Qran-pridə həm sprint, həm də final mərhələsinin qalibi oldu. Əksər mütəxəssislər Maksın belə səviyyəyə yüksəlməsində atası Yos Festappenin əməyini xüsusi qiymətləndirirsə, Serxionun atası da kənarda duranlardan deyil.

Bugünlərdə mətbuata açıqlama verən Antonio Peres Qaribay oğlunun Maks Ferstappenlə rəqabətini əfsanəvi pilotlar Ayrton Senna ilə Alen Prost rəqabətinə bənzədib: “Maklaren”də Senna ilə Prost arasında rəqabəti xatırlayırsınız? Biz həmin rəqabəti indi Ferstappenlə Peres timsalında izləyirik. Bir qəfəsdə eyni fikirləşən və eyni şəkildə qidalanan iki pələngi görürük. Hər ikisi adicə sərbəst yürüşlərdə birinci olmaq istəyir. Nəzərə alaq ki, Ferstappen “Red Bull”da uzun müddət çıxış edir. Oğlum yaxşı bilir ki, yalnız 1-ci yeri hədəfləyən komandanın üzvü olduğunu yaxşı bilir. Əvvəllər onun üçün 10-cu yeri tutmaq belə böyük möcüzə idi. Serxio digər gənc pilotlar imkan əldə etsəydi, daha çox dünya çempionu olardı. O, hələ daha 10 il Formula 1-də qalacaq, mən onu gələcəkdə dünya çempionu kimi görürəm. Bu gün tam fərqli Çekonu izləyirik. Bakıdakı yarışdan əvvəl mən Serxionun atası kimi yaddım, sonra ayılanda gördüm ki, “küçələr kralı”nın atasıyam”.