Formula 1 üzrə 7 qat dünya çempionu son iki mövsümdə çempionluq uğrunda mübarizə apara bilməsə də, ruhdan düşmür. Sport24.az xəbər verir ku, “Mersedes”in britaniyalı pilotu Azərbaycan Qran-prisindəki çıxışı ilə heç də “pas atmadığı”nı söyləyib: “Çox mövqe itirmişəm və demək olar ki, bu, dişlərimə bir zərbə idi. Amma sonra fikirləşdim ki, əlimizdə nə varsa, onunla da razılaşmaq lazımdı. Bakıdakı yarış göstərdi ki, hələ də qələbə acıyam. Bu bolidə inandığım zaman onun tempi artır. Gerilədiyimə görə ruhdan düşmək lazım deyildi. Yalnız hücum haqda fikirləşmək lazım idi ki, bunu da mən elədim. Yarışa qoşuldum və o da baxımlı alındı”.