Bakıda keçirilən Qran-prinin sprint mərhələsində Şarl Leklerin yarışın gedişində üzləşdiyi problemin təfərrüatı məlum olub. Sport24.az xəbər verir ki, yarış zamanı “Ferrari” pilotu radio vasitəsilə mühəndislərə “there was a cut” (bu, kəsilmə idi) söyləyib.
Amma mətbuat konfransında onun fikrini səhv ifadə etdiyi məlum olub. Əslində, Lekler “bu, pişikdir” demək istəyib. Məsələ ondadır ki, ikinci dövrədə monte karlolu pilotun qarşısına pişik çıxdığı məlum olub.
Xatırladaq ki, Lekler sprint yarışına ilk sıradan başlasa da, sonradan yerini “Red Bull” pilotu Serxio Peresə təhvil verib. Üçüncü yeri isə çempionatın lideri Maks Ferstappen çıxıb.