1996-cı ildə Formula 1 üzrə dünya çempionu olan Deymon Hill “Aston Martin”də çıxış edən Fernando Alonsonun karyerasının gələcək perspektivləri haqda danışıb. Sport24.az xəbər verir ki, ikiqat dünya çempionunun 45 yaşına qədər yarışa biləcəyini söyləyib: “Alonso karyerasının zirvə nöqtəsində Formula 1-lə vidalaşa bilər. O, daha bir titul qazana bilməsə, çıxıb deyə bilər ki, “qulaq asın, mən titul qazanacağıma inanırdım, hər halda, potensialıma bələdsiniz, sadəcə, müxtəlif səbəblərdən bu alınmadı. Əvvəllər biz Fernando haqda elə danışırdıq ki, sanki, o yaxın vaxtlarda karyerasını başa vuracaq. Amma indi görürük ki, ispaniyalı pilot 45 yaşına qədər mübarizə apara bilər”.
Xatırladaq ki, bu mövsüm “Aston Martin”ə keçən 41 yaşlı pilot Bəhreyn, Səudiyyə Ərəbistanı, Avstraliya və Mayami Qran-prilərində fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.