Formula 1 üzrə 4 qat dünya çempionu Sebastyan Fettel yenidən bolid "sükanı arxası"nda əyləşə bilər. Sport24.az xəbər verir ki, Avropa mətbuatı almaniyalı pilotun 2026-cı ildə “Audi” mühərrikləri ilə yarışacaq “Zauber” komandasında çıxış etmək imkanları 8lduğunu yazır.
Belə ki, “Zauber”in baş direktoru artıq onunla danışqlara başlayıb. Bu plan baş tutmasa, “Ferrari”nin şərəfini qoruyan Karlos Saynsa təklif ünvanlanacaq.
Xatırladaq ki, 2026-cı ildə Fettelin 39 yaşı olacaq. Ötən il “Aston Martin”də çıxış edən almaniyalı pilot mövsümün sonunda karyerasını başa vurmaq qərarına gəldi.