İsveç millisinin sabiq hücumçu Zlatan İbrahimoviç "Milan"ın ev stadionu olan "San-Siro" ilə bağlı xatirələrini bölüşüb. Sport24.az xəbər verir ki, Z.İbrahimoviçin açıqlamasını Pianetamilan.it portalı dərc edib.

 

44 yaşlı Z.İbrahimoviç bildirib ki, bu xatirə 2023-cü ildə futbolçu karyerasını başa vurduğu anla bağlıdır.

 

"San-Siro" ilə bağlı ən xoş xatirəm karyeramın bitməsi mərasimi ilə əlaqədardır, həmin gün stadiondakı atmosfer mənə unudulmaz hisslər yaşatdı.

 

"Azarkeşlər üçün nə qədər önəmli olduğumu hiss etdim – təkcə futbolçu kimi deyil, şəxsiyyət kimi də", – deyə Zlatan bildirib.

 

Xatırladaq ki, Zlatan İbrahimoviç 4 iyun 2023-cü ildə karyerasını başa vurduğunu elan edib. Bu qərar Silvio Berluskoninin vəfatından səkkiz gün əvvəl verilib.