"Zirə"nin hücumçusu Davit Volkov yoxlama matçları üçün Gürcüstan milli komandasına dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyası mətbuatı məlumat yayıb.
30 yaşlı futbolçu zədələnimiş Budu Zivzivadzenin ("Haydenhaym", Almaniya) əvəzinə heyətə çağırılıb.
Qeyd edək ki, Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoldaşlıq oyunu keçirəcək. Volkov millinin heyətində 5 oyunda 2 dəfə fərqlənib.