"Bu nailiyyətlə bağlı hisslərimi sözlə ifadə edə bilmirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın braziliyalı futbolçusu İqor Noqeyra deyib.

Ölkəsinin "Esportefantastico" nəşrinə açıqlama verən müdafiəçi Azərbaycan Kubokunun qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:

"Sabah"dan dəvət alanda klubun ambisiyaları, təşkilatçılığı və orada hər gün çalışan insanların hədəfləri haqqında məlumatlı idim. Qazandığımız titul bütün bunların kulminasiya nöqtəsidir. Buna nail olmaq üçün çox çalışdıq. Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişdik. Ölkədə dəfələrlə çempion olan rəqibə qarşı çətin qarşılaşma olacağını bilirdik. Eyni zamanda hədəfimizə çatacağımıza da inanırdıq. "Sabah" səkkiz yaşında olan klubdur. Bu tarixi anın bir parçası olmaq qürurvericidir".

Qeyd edək ki, "Sabah" final matçının əlavə vaxtında "Qarabağ"ı 3:2 hesabı ilə üstələyib.