"Barselona" Dubayda "Barsa" brendi altında lüks yaşayış kompleksi tikməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, layihə binalar, ictimai sahələr, üzgüçülük hovuzlarından ibarət mini-şəhər olacaq və Kataloniya klubunu əks etdirən çoxsaylı simvolları özündə birləşdirəcək. 

 

"Barselona" artıq bu kompleks üçün əvvəlcədən ödəniş alıb. Baxmayaraq ki, müqavilə hələ rəsmi olaraq açıqlanmayıb. Buna səbəb isə layihənin hələ Nümayəndələr Assambleyası tərəfindən təsdiqlənməməsidir.

 

Qeyd edək ki, Kataloniya klubunun prezidenti Joan Laporta dekabrın sonunda "Globe Soccer Gala" xeyriyyə gecəsində iştirak etmək üçün Dubaya yollanmaışdı.