"Neftçi"dən ayrılan futbolçu Yuri Matias karyerasını yenidən Rumıniyada davam etdirə bilər. Sport24.az yerli "ProSport" nəşrinə istinadən xəbər verir ki, "Universitatya" 30 yaşlı müdafiəçini heyətinə cəlb etmək niyyətindədir.
Artıq braziliyalı oyunçuya təklif də göndərilib. O, klubdan düşünmək üçün vaxt istəyib, çünki Səudiyyə Ərəbistanından da təklifi var.
Qeyd edək ki, Rumıniya təmsilçisi Matiası klubla müqaviləsi başa çatan Lukas Masoeroya əvəzləyici kimi görür. Məhz həmin oyunçu ilə elə "Neftçi" klubu da yaxından maraqlanır. Masoeronu "Neftçi" ilə yanaşı Türkiyənin "Qaziantep", "Genclerbirliyi", "Karagümrük", Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas", "Əl-Dhafra" komandaları da transfer etmək niyyətindədir. Onun hansı təklifi qəbul edəcəyi hələlik bəlli deyil.