Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində VII turun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsi çərçivəsində 18 qarşılaşma baş tutacaq.

 

Səviyyəsinə görə, Avropanın ikinci klub turnirində Türkiyənin yeganə təmsilçisi "Fənərbaxça" "doğma divarlar" arasında İngiltərə təmsilçisi "Aston Villa" ilə qarşılaşacaq. "Nottinqem Forest" səfərə "Braqa"nın, "Seltik" isə "Bolonya"nın qonağı olacaq.

 

UEFA Avropa Liqası

Liqa mərhələsi, VII tur

 

21:45. "Feyenoord" (Niderland) - "Şturm" (Avstriya)

21.45. "Fənəbağça" (Türkiyə) - "Aston Villa" (İngiltərə)

21:45. PAOK (Yunanıstan) - "Betis" (İspaniya)

21:45. "Viktoriya" (Çexiya) - "Portu" (Portuqaliya)

21:45. "Yanq Boys" (İsveçrə) - "Lion" (Fransa)

21:45. "Frayburq" (Almaniya) - "Makkabi" (Təl-Əviv, İsrail)

21:45. "Bolonya" (İtaliya) - "Seltik" (Şotlandiya)

21:45. "Malmö" (İsveç) - "Srvena Zvezda" (Serbiya)

21:45. "Brann" (Norveç) - "Midtyullann" (Danimarka)

00:00. "Roma" (İtaliya) - "Ştutqart" (Almaniya)

00:00. "Reyncers" (Şotlandiya) - "Ludoqorets" (Bolqarıstan)

00:00. "Dinamo" (Xorvatiya) - FCSB (Rumıniya)

00:00. "Zaltsburq" (Avstriya) - "Bazel" (İsveçrə)

00:00. "Braqa" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə)

00:00. "Ferentsvaroş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan)

00:00. "Nitsa" (Fransa) - "Qo Ehed İqlz" (Niderland)

00:00. "Selta" (İspaniya) - "Lill" (Fransa)

00:00. "Utrext" (Niderland) - "Genk" (Belçika)