Bu gün futzal millimiz 2026-cı ildə ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Yevgeni Kukseviçin çalışdırdığı komanda yoldaşlıq oyununda Danimarka yığması ilə qarşılaşacaq.

 

Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. Oyunun hakimləri Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov olacaq.

 

Qeyd edək ki, bu komandalar arasında ikinci matç yanvarın 24-də keçiriləcək.