Bu gün UEFA Millətlər Liqasında sonuncu finalçı müəyyənləşəcək. Sport24.az xəbər verir ki, Almaniyada təşkil olunan "Dördlər finalı"nın ikinci günündə İspaniya Fransa ilə üz-üzə gələcək.

 

Qarşılaşma "Ştutqart Arena"da olacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, ötən gün baş tutan ilk yarımfinal matçında Portuqaliya Almaniyanı 2:1 hesabı ilə məğlub edib. UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək.