"Yuventus"un gənc və istedadlı ulduzu Kenan Yıldızın yay "transfer pəncərəsi"ndə klubdan ayrılacağı ilə bağlı yayılan iddialara son qoyulub. Sport24.az xəbər verir ki, Turin təmsilçisi türkiyəli futbolçunun transferi ilə bağlı bütün qapıları hələ bir neçə ay əvvəldən bağlayıb. Klub rəhbərliyi 20 yaşlı yarımmüdafiəçinin gedişini qətiyyən gündəmə gətirmir.
Xatırladaq ki, fevral ayında "qoca sinyora" ilə yeni və uzunmüddətli müqaviləyə qol çəkən Kenan komandanın əsas simalarından biri hesab olunur. Turin klubu hətta Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, gənc ulduzu satmağı planlaşdırmırdı.
Beləliklə, Kenan Yıldız "Yuventus"un gələcək layihəsinin mərkəzi fiqurlarından biri kimi İtaliyada qalmağa və komandanın uğurları üçün tər tökməyə davam edəcək.