"Yuventus" yarımmüdafiəçi Kənan Yıldızla müqavilənin müddətini uzatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Yuventus" 20 yaşlı türkü 2030-cu ilin yayına qədər komandada saxlamaq niyyətindədir. Futbolçunun mövcud müqaviləsi isə 2029-cu ilin yayında başa çatır.
Bir müddət əvvəl "Yuventus" türk futbolçuya görə "Çelsi"nin təklifini rədd etmişdi.
Qeyd edək ki, yarımmüdafiəçi 2024/25 mövsümündə 52 matçda 12 qol vurub və 9 məhsuldar ötürmə edib. "Transfermarkt" portal Yıldızın transfer dəyərini 50 milyon avro qiymətləndirir.