"Yuventus" Avropanın bir çox klubunun transfer siyahısında yer alan Kenan Yıldızla yeni müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, A Seriyası nəhəngi türkiyəli vingerin illik 6 milyon avroluq maaş tələbini qəbul edib.

 

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

Turin təmsilçisi yaxın vaxtlarda Türkiyə millisinin üzvü ilə yeni sözləşmə imzalayacaq.

 

Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı 2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. 20 yaşlı futbolçu bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.