"Barselona" 18 yaşlı cinah oyunçusu Lamin Yamalın transferi üçün heç bir təklif almayıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Daha əvvəl İspaniya mətbuatında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun 18 yaşlı futbolçu üçün 400 milyon avro ödəməyə və ona 7 illik müqavilə təklif etməyə hazır olduğu haqda məlumatlar yayılıb.
"Barselona" bu şayiələri təkzib edərək, Asiya təmsilçisi ilə rəsmi əlaqənin olmadığını, ispaniyalı vingerin özünün isə satılmadığını vurğulayıb.
Qeyd edək ki, Lamin Yamal yayda Kataloniya təmsilçisi müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb. İspaniya millisinin üzvü bu mövsüm La Liqanın 4 matçında 2 qol vurub və 3 məhsuldar ötürmə verib.