Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Sport24.az PFL-in saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının Liqa yolu çərçivəsində keçiriləcək FCSB (Rumıniya) - "Bolonya" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 23-də baş tutacaq.