Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

 

Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.