Futbol üzrə II Liqada V tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

 

"Dinamo" "Kür-Araz"ı məğlub edibsə, "Şirvan" "Araz-Saatlı" üzərində qələbəyə sevinib. "Ağdaş" - "Ağstafa Gəncləri" matçı qolsuz başa çatıb.

 

Qeyd edək ki, turun digər 3 qarşılaşması sabah baş tutacaq.

 

II Lİqa

V tur

"Dinamo" - "Kür-Araz" 2:1
Qollar: 
V.Seyidov, 35, Ə.Səfərzadə, 51 - A.Quliyev, 3

"Şirvan" - "Araz-Saatlı" 4:0
Qollar: 
C.Nəcizadə, 65, N.İsayev, 66, E.Xəlilov, 79, E.Xəlilli, 87

"Ağdaş" - "Ağstafa Gəncləri" 0:0