"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland yenidən "Real"ın transfer hədəfinə çevrilib. Sport24.az xəbər verir ki, La Liqa klubu norveçli forvardı transfer etmək istəyir.

 

Madrid təmsilçisi Vinisius Junioru yüksək məbləğə Səudiyyə Ərəbistanı klublarından birinə sataraq, həmin gəliri Haalandın transferinə yönəltməyi planlaşdırır.

 

Məlumata görə, "Real" artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub.

 

Xatırladaq ki, Haaland cari mövsümdə "Mançester Siti"nin heyətində 13 oyunda meydana çıxıb, 15 qol vurub və 2 qol ötürməsi ilə yadda qalıb. Norveçli hücumçunun İngiltərə təmsilçisi ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir.