Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.

 

Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 

Görüşü avstriyalı Sebastyan Qishamer idarə edəcək.

 

Qeyd edək ki, Fransa D qrupunda doqquz xalla liderdir. Ukrayna dörd xalla ikinci, İslandiya üç xalla üçüncü, Azərbaycan millisi isə bir xalla dördüncü pillədə qərarlaşıb. Bu komandalar arasında Bakıda baş tutan görüş 1:1 hesabı ilə başa çatmışdı.

 

Dünya çempionatının seçmə mərhələsi

IV tur

22:45. Ukrayna - Azərbaycan 2:1

Qollar: Aleksey Hutsuyak, 30, Vitali Mikolenko, 45+3 (avtoqol), Ruslan Malinovski, 64


Baş hakim
: Sebastian Gişamer
"Krakoviya" stadionu

 

Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik

Baş məşqçi: Sergey Rebrov

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə

Baş məşqçi: Ayxan Abbasov