"Real" keçmiş baş məşqçisi Zinəddin Zidan yenidən məşqçiliyə qayıtmağı planlaşdırır. Sport24.az xəbər verir ki, o, bu barədə "OneFootball" portalına açıqlama verib:

 

"Məşqçiliyə mütləq qayıdacağam. Bu mənim planımdır. Bir gün Fransa millisinin baş məşqçisi olmağı arzulayıram. Nə olacağını görəcəyik. Mən "Yuventus"dayam? Bilmirəm niyə belə olmadı. O komanda həmişə ürəyimdə olacaq. Bu klub mənə çox şey verib"

 

Qeyd edək ki, 53 yaşlı fransız "Real"dan ayrıldıqdan sonra, daha dəqiq desək, 2021-ci ildən komandasızdır. Bir müddət əvvəl mətbuatda Zidanın Didye Deşam postunu tərk etdikdən sonra Fransa millisinin yeni baş məşqçisi olacağı barədə xəbərlər yayılmışdı.